ABŞ Ukraynaya hərbi yardım üçün nəzarət mərkəzi yaradır

Pentaqon Ukraynaya hərbi yardımın çatdırılmasını əlaqələndirmək üçün Almaniyanın Ştutqart şəhərində komanda və idarəetmə mərkəzi yaradır.

Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib. ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı Qərargahında yerləşən və amerikalı hərbi general tərəfindən idarə olunan mərkəz beynəlxalq donor təşkilatları ilə sıx əməkdaşlıq edəcək. Ştutqartdakı nəzarət mərkəzində ABŞ və NATO-nun 15 digər ölkəsindən işçilər var. İdarəetmə mərkəzi həmçinin Ukraynaya yardım göstərən 40-dan çox ölkədən hərbi təchizatı idarə edəcək.

Azpost.info

Əvvəlki məqalə

Məhkəmə bəstəkar Cabbar Musayevin şikayəti üzrə qərar verdi –

Sonrakı məqalə

Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilərmi? –