ABŞ Ukraynaya hərbi yardım üzrə koordinator təyin etdi

Ağ Ev istefada olan general-polkovnik Terri Volfu Ukraynaya hərbi yardım üzrə koordinator təyin edib.

Azpost.info xəbər verir ki, bu barədə administrasiyanın iki rəsmisinə istinadən CNN məlumat yayıb. Volfun ABŞ və tərəfdaşlarının Ukraynaya göstərdiyi təhlükəsizlik yardımını koordinasiya etmək üçün bu yaxınlarda Milli Təhlükəsizlik Şurasına qoşulduğu bildirilir. “Onun İŞİD-lə mübarizə üzrə Qlobal Koalisiyada müavin kimi təcrübəsi də çox faydalı olacaq”, – rəsmilərdən biri deyib. O hesab edir ki, generalın təyinatı ABŞ və Ukrayna arasında hərbi əlaqələrin inkişafına yeni təkan verəcək. Volfun eyni zamanda Pentaqon, Birləşmiş Qərargah, Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasında iş təcrübəsi var. “The Hill” yazır ki, Ukrayna üzrə koordinatorun təyin edilməsi ideyası prezident Co Baydenə bu xahişlə məktub yazmış bir qrup senatora məxsusdur.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir

Sonrakı məqalə

“Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir” –