ABŞ Ukraynaya hərbi yardımı müzakirə edəcək- 50-dən çox ölkənin iştirakı ilə

Birləşmiş Ştatlar gələn həftə 50-dən çox ölkənin iştirakı ilə “Ramşteyn” formatında yeddinci iclasını keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

“Gələn həftə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun yeddinci iclası olacaq. Bu görüş virtual olaraq burada -Pentaqonda baş tutacaq. Təxminən 50 ölkənin müdafiə nazirlərinə Ukraynanı müdafiə vasitələri ilə təmin etmək səylərini müzakirə etməyə imkan verəcək”, – Sinq qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Gələn ildən ünvanlı sosial yardım 500 manatdan çox olacaq –

Sonrakı məqalə

“G20 sammitində Blinkenin Lavrovla hər hansı təması planlaşdırılmır”