ABŞ Ukraynaya silah tədarükünü artırmaq planı üzərində işləyir

ABŞ Ukraynanı sahil müdafiə sistemləri ilə təmin etmək üçün tərəfdaşları ilə işləyir.

Bunu bu gün CNN telekanalına müsahibəsində ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib:

“Biz tərəfdaşlarla işləyirik ki, Ukraynanı Qara dənizdəki təhlükələri neytrallaşdırmaq üçün istifadə edə biləcəyi müdafiə sistemləri ilə təmin edək”.

Bloomberg-in məlumatına görə, Sallivan həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü artırmaq planı üzərində işləyir və Ukrayna hərbçilərinin ölkədən kənarda təlim keçmək imkanlarını araşdırır:

“Siz indicə sahilyanı müdafiə sisteminin spesifik versiyasına malik olan Britaniya tərəfdən eşitdiniz ki, onlar onu Ukraynaya tədarük etmək niyyətindədir. Biz bu məsələdə Britaniya tərəfi ilə sıx işləyirik”.

Sallivan həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü artırmaq planı üzərində işləyir və Ukrayna hərbçilərinin ölkədən kənarda təlim keçmək imkanlarını araşdırır. (APA)

Əvvəlki məqalə

Gecə klubundakı partlayışda vəfat edən ofisiant tələbə olub

Sonrakı məqalə

Rusların 41 faizi sanksiyaların təsirini hiss edir –