ABŞ və Çin ortaq məxrəcə gəlir

- Ticarət sazişi ilə bağlı ilkin razılışma əldə olunub
05 Noyabr 2019 - 12:13

Vaşinqton və Pekin ticarət sahəsində mübahisəli məsələlərin həlli üçün bir müddət əvvəl qarşılıqlı şəkildə tətbiq edilən bəzi rüsumların aradan qaldırması imkanlarını nəzərdən keçirir.

Azərtac “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Amerika və Çin hakimiyyəti bu addımın məsləhətləşmələrin uğurlu keçməsinə şərait yaradacağını güman edirlər. Tərəflər ticarət sazişinin hazırlanması üzrə birinci mərhələ barədə prinsipial razılığa gəliblər.

Saziş çərçivəsində Vaşinqton Çin məhsullarına dekabr ayında planlaşdırılan yeni rüsumlarda imtina edə bilər. Həmçinin hər iki dövlət indiyə qədər tətbiq edilən bəzi rüsumların aradan qaldırılması imkanlarını da müzakirə edir.