ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

TASS informasiya agentliyi xəbər verir ki, telefon danışığının gedişində NATO-Rusiya Şurasının iclasından sonra atrılacaq qarşılıqlı addımlar müzakirə edilib. Dövlət Departamentindən bildirilib ki, ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır.

“Dövlət katibi Entoni Blinken yanvarın 12-də keçirilən NATO-Rusiya Şurasının iclasından sonra gələcək addımları müzakirə etmək üçün NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıb. Birləşmiş Ştatlar və NATO Rusiya ilə yenidən görüşməyə, diplomatik fəaliyyəti və qarşılıqlı dialoqu davam etdirməyə hazırdır”, – deyə ABŞ-ın xarici siyasət qurumunun mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilir.

Qeyd edək ki, 2021-ci il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlarla təhlükəsizlik zəmanəti haqqında müqavilənin, həmçinin Rusiya və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizliyi ilə bağlı saziş layihələrinin mətnini dərc edib. Yanvarın 10-da Cenevrədə bu məsələlərlə bağlı məsləhətləşmələr, yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb

Sonrakı məqalə

“Mançester Siti” öz meydanında “Çelsi”ni məğlub edib –