“ABŞ və Ukrayna Polşadakı raket insidentini araşdırır”- Britaniya Baş naziri

“Noyabrın 15-i gecə Polşanın şərqində raketlərin düşməsi ilə bağlı insidentin araşdırılmasında Ukrayna və ABŞ nümayəndələri iştirak edir”.

Azpost.info xəbər verir ki, bunu Britaniya Baş naziri Rişi Sunak G20 sammiti zamanı bildirib.

“Biz bu hadisəni müttəfiqlərimizlə səhər görüşümüzdə müzakirə etdik. Hamımız razılaşdıq ki, mütəxəssislərimiz faktları müəyyən etməlidirlər. Hazırda baş verənlər məhz budur”, – Sunak deyib.

Azpost.info

Əvvəlki məqalə

Bayden G20 sammiti çərçivəsində Rişi Sunakla görüşüb

Sonrakı məqalə

Azadlıq Partiyasına Azadlıq prospektində ofis verilib –