ABŞ xilasediciləri Türkiyəyə gəlir –FOTO

ABŞ Türkiyənin zəlzələ bölgəsinə xilasedici heyət və avadanlıqlar göndərib.

“Azpost.info” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat və fotolar paylaşıb.

Məlumatda bildirilir ki, Virciniya ştatının və Los-Anceles şəhərlərinin axtarış-xilasetmə qrupları bu dağıdıcı zəlzələdən sağ qalanları tapmaq üçün Türkiyəyə yollanır. Komandaya 161 üzv, 12 it və 77,110 kilodan artıq çəkisi olan xüsusi avadanlıq daxildir. Onlar artıq ölkədə fəaliyyət göstərən USAID – US Agency for International Development-nin komanda üzvlərinə qoşulacaqlar.

Əvvəlki məqalə

Türkiyədə daha bir zəlzələ olub

Sonrakı məqalə

Kim Çen In ilk dəfə qızı və xanımı ilə ziyafətdə görüntüləndi