“ABŞ Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi ölkənin yeni hökuməti ilə kəskin fikir ayrılıqlarına baxmayaraq, İsraili dəstəkləməyə davam edəcək”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinkenin sözlərinə görə, Co Bayden administrasiyası Netanyahu hökuməti ilə şəxsiyyətlərə deyil, onun siyasətlərinə əsaslanaraq işləyəcək.
Eyni zamanda o qeyd edib ki, Vaşinqton Yaxın Şərq probleminin həllini çətinləşdirən siyasəti dəstəkləməyəcək.
“Tərəfdaşlıq və onun ölkələrimizin və dünyanın insanlarına gətirdiyi hər şey həmişə Birləşmiş Ştatların İsrailin təhlükəsizliyinə güclü öhdəliyi ilə əsaslandırılıb. Bu öhdəlik heç vaxt indiki qədər güclü olmayıb”, – Blinken əlavə edib.
Azpost.info