“ABŞ Zelenskini ​​danışıqlar masasına itələmir, buna yalnız özü qərar verə bilər”- Ağ EV

“ABŞ-ın Kiyevə danışıqlar aparmaq üçün təzyiq göstərməsi fikri həqiqəti əks etdirmir. ABŞ-dan heç kim Zelenskini ​​danışıqlar masasına sıxışdırmır və ya itələmir”.

Azpost.info xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Rusiya ilə sülh danışıqlarına başlamağa yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər. Biz hamımız razıyıq ki, danışıqlar yolu ilə diplomatik həll Putinin qoşunlarını çıxarmasından sonra ikinici ən yaxşı variantdır. Biz həmçinin dedik ki, danışıqlara hazır olub-olmadığını və bu danışıqların nə vaxt və necə olacağını Zelenskinin özü müəyyən etməlidir”, – Kirbi bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycandan Avropaya 18 mlrd. kubmetr qaz nəql olunub

Sonrakı məqalə

Rusiya telekanalı separatçı Ruben Vardanyanla müsahibəni yaymaqdan imtina edib