Adil Qeybulla koronavirusun ağciyərdə yaratdığı fəsadların fotosunu paylaşdı

11 May 2020 - 14:24

COVID-19 ağ ciyərlərdə buzlu şüşə sindromuna səbəb olub.

Trend-in məlumatına görə, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Görüntüdə COVID-19 virusunun törətdiyi atipik pnevmoniyanın ağciyərdə yaratdığı vəziyyət müşahidə olunub.

Adil Qeybulla vətəndaşları bu xəstəliyə ciddi yanaşmağı tövsiyyə edib.

“Daha ehtiyatlı olmalı və sağlamlığımızı bir əmanət kimi qorumalıyıq”.