“Aeroflot” ilk dəfə İrana təmir üçün təyyarə göndərib

“Aeroflot” tarixdə ilk dəfə olaraq öz donanmasından İrana texniki qulluq üçün bir təyyarə göndərib.

Azpost.info xəbər verir ki, RA-73700 qeydiyyat nömrəli Airbus A330-300 geniş gövdəli təyyarəsi Tehrana uçub. Tehranda təyyarəyə İranın ən böyük aviadaşıyıcısı “Mahan Air”in texniki işçiləri xidmət göstərəcək.

Mənbələrin məlumatına görə, “Aeroflot” İranda bir neçə ay ərzində texniki xidmətin aparılması imkanlarını müzakirə edib. Əvvəllər “Aeroflot” bu məqsədlər üçün digər provayderlərin, xüsusən də Honq-Konqda yerləşən HAECO-nun imkanlarından istifadə edirdi.

Lakin Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə cavab olaraq qəbul edilmiş beynəlxalq sanksiyalar digər məsələlərlə yanaşı, təmir xidmətlərinə və Rusiya daşıyıcılarının ehtiyat hissələrinin tədarükünə də təsir edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Sonrakı məqalə

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatıb