AFFA danışılmış oyunlarla bağlı məsələyə baxıb

- İntizam Komitəsi qərar verəcək
13 Dekabr 2019 - 14:25

AFFA İcraiyyə Komitəsi bugünkü iclasında danışılmış oyunlarla bağlı məsələyə də baxıb. 

“Report”un məlumatına görə, toplantıda nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat təqdim olunub.

Öz növbəsində, İcraiyyə Komitəsi müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət edib.