AFFA yığma komandaya baş məşqçi Okan Buruku gətirir

AFFA bu ilin sonunda Azərbaycan millisinin baş məşqçisi postundan göndəriləcək Canni De Byazi üçün artıq əvəzləyici tapıb.

Federasiya italiyalı mütəxəssisin yerinə türkiyəli Okan Buruku gətirmək istəyir. Bu barədə məlumatı “Milliyet” nəşri yayıb. Bildirilib ki, AFFA Okan Burukla 2 illik müqavilə imzalamaq istəyir. Artıq tərəflər arasında İstanbulda görüşmələr də baş tutub.

Dünya çempionatının seçmə mərhələsi başa çatdıqdan sonra De Byazi ilə müqavilənin müddətinin uzadılmayacağı qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qlazqo sammitində Ermənistan prezidentini Paşinyan kimi təqdim etdilər

Sonrakı məqalə

Dünyada koronavirusla bağlı son vəziyyət necədir?