Afrika İttifaqı G20-nin daimi üzvü oldu- Qərar rəsmən AÇIQLANDI

Afrika İttifaqı G20-nin daimi üzvü oldu.

Azpost.info xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi bildirib.

“Afrika İttifaqı G20-nin daimi üzvü olur. Bu, sammitin əsas nəticəsidir”, – Baqçi qeyd edib.

Hindistan Baş naziri Narendra Modi Afrika İttifaqını G20-yə daimi üzv kimi qəbul edilməsi münasibətilə təbrik edib.

Yeni Dehlidə keçirilən G20 sammiti bu gün işinə başlayıb və sentyabrın 10-dək davam edəcək. Bütün G20 ölkələrinin və digər doqquz ölkənin (Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Niderland, BƏƏ, Oman və Sinqapur) liderləri tədbirə dəvət olunub.

Hindistanda Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.

Azpost.info

Əvvəlki məqalə

G20 liderlərinin sammiti başlayıb

Sonrakı məqalə

“Təxminən 30 saniyə çəkdi və çox bərk silkələndi”