“Ağ Ev bazara Rusiya neftinin tədarükünü azalda biləcək heç bir addımı alqışlamır”.
Azpost.info xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Helima Croft “Financial Times”a deyib.
O əlavə edib ki, Vaşinqtonun narahatlığı ondan ibarətdir ki, daha böyük enerji böhranı baş verərsə, Qərbin Ukraynaya dəstək verməsi daha çətin olacaq.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov isə bildirir ki, liman Rusiya Qara Dəniz Donanması üçün yanacaqdoldurma bazası kimi xidmət etdiyi üçün qanuni hərbi hədəfdir.
Qeyd edək ki, Ukrayna Novorossiyskdəki hərbi dəniz bazasına iki dəniz dronunu ilə hücum edib. Bu, Ukraynanın Rusiyanın neft infrastrukturuna ilk hücum cəhdi olub. Nəticədə Rusiyanın Qara dənizdəki desant gəmisi və “Siq” tankeri zədələnib.
Azpost.info