Aİ Bosniya və Herseqovinaya namizəd ölkə statusu verdi

Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinanın quruma üzvlük üçün namizəd statusu almaqla bağlı müraciətinə baxıb.

Azpost.info xəbər verir ki, Aİ ölkələrinin Avropa məsələləri üzrə nazirləri ölkəyə namizəd statusunun verilməsi ilə bağlı razılığa gəliblər.

Dekabrın 15-də Brüsseldə keçiriləcək sammit zamanı Aİ liderlərinin Bosniya və Herseqovinanın Aİ-yə qəbulu ilə bağlı rəsmi qərar imzalayacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərin hökumətlərinə Bosniya və Herseqovinaya tez bir zamanda namizəd ölkə statusu verilməsini tövsiyə etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Britaniya Rusiyanın 10 generalına və 2 polkovnikinə sanksiya tətbiq etdi

Sonrakı məqalə

Azərbaycan-Türkiyə-Türkmənistan sammitində bu məsələ müzakirə ediləcək