Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə yeni ofisini açdı

Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyası Sünik (Zəngəzur) bölgəsində mövcudluğunu genişləndirir.

Azpost.info xəbər verir ki, missiya bölgədə növbəti ofisini açıb.

Beləliklə Gorusdakı ofisə yeni açılmış ofis də əlavə edilib.

“Armenpress”in məlumatına görə, Aİ-nin Qafandakı missiyasının açılış mərasimində Aİ-yə üzv ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatları da iştirak ediblər.

Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Qafandakı mərkəzin sülh prosesinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya “taxıl sazişi”nə qayıdacaq?

Sonrakı məqalə

Sosial şəbəkələrdə vətəndaşları kredit adı ilə talayan kiberdəstə saxlanılıb