“Aİ-nin Ermənistandakı monitorinq missiyasını genişləndirməyi təklif edirik”- Qriqoryan

“İrəvan Azərbaycanla sərhəddə Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasını genişləndirməyi təklif edir. Hazırda missiyaya 100 nəfər daxildir”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Biz bütün tərəfdaşlarımıza müşahidəçilərin daha yaxşı monitorinq apara bilməsi üçün insanların sayını, eləcə də digər imkanları artırmağı təklif edirik”, – Qriqoryan bildirib.

Onun fikrincə, hazırda Aİ müşahidəçilərinin sayı Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə nəzarəti həyata keçirmək üçün kifayət deyil.

Qriqoryan əlavə edib ki, İrəvan missiyanın genişləndirilməsi təklifini avropalı tərəfdaşlarına təqdim edib, lakin hələlik heç bir cavab almayıb.

Azpost.info

Əvvəlki məqalə

“Çin güclü qalmaq istəyirsə, Rusiyadan uzaqlaşmalıdır”

Sonrakı məqalə

78 min hektara yaxın ərazi minalardan təmizlənib