Aİ-nin sammiti zəlzələ qurbanlarının yad edilməsi ilə başladı- Şarl Mişel paylaşım etdi

Avropa İttifaqının Brüsseldə keçirilən sammiti Türkiyə və Suriyada baş vermiş zəlzələnin bütün qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz “Tviter” səhifəsində yazıb.

“Türkiyə və Suriya xalqları üçün bir dəqiqəlik sükut…”, – Mişel qeyd edib.

Sammitin yekun bəyanatında o da qeyd olunur ki, 1600 xilasedici artıq Avropanı tərk edərək Türkiyəyə gedib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya dünyanın ən yaxşı ölkəsidir”

Sonrakı məqalə

“O binaları tikənlər cavab verəcəklər!”