“Aİ ölkələri müdafiəni gücləndirmək üçün əlavə 70 milyard avro xərcləyəcək”- BORREL

Avropa İttifaqı ölkələri müdafiənin gücləndirilməsinə təxminən 70 milyard avro xərcləməyi planlaşdırırlar.

Azpost.info xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirib.

Onun sözlərinə görə, bu məbləğ yaxın üç il ərzində ordunun ehtiyacları üçün ayrılacaq: “Aİ ölkələri növbəti üç ildə müdafiə qabiliyyətinin artırılmasına əlavə 70 milyard avro xərcləmək niyyətindədirlər”.

Borrel qeyd edib ki, Avropa İttifaqı artıq Ukraynaya 16 milyard avro dəyərində silah göndərib və 17 min əsgərə təlim keçib.

Azpost.info

Əvvəlki məqalə

“Kiyevi Moskvanın şərtləri əsasında danışıqlara razı salmağa çalışırlar”

Sonrakı məqalə

Azərbaycan hərbçiləri Türkiyədə “KURTARAN-2023” təlimində iştirak edir