Aİ Rusiya və Belarusla sərhədlərdə gömrük nəzarətini gücləndirəcək

Rusiya və Belarusla həmsərhəd olan Avropa ölkələri Moskvaya qarşı beynəlxalq sanksiyalardan yayınmamaq üçün gömrük nəzarətini gücləndirəcək.

Azpost.info xəbər verir ki, bu qərar Estoniya, Latviya, Litva, Polşa, Norveç və Finlandiya nümayəndələrinin üç günlük məsləhətləşmələri zamanı qəbul edilib.

“Görüşdə sanksiyaların tətbiqi sahəsində əməkdaşlığın aktivləşdirilməsi, gömrük nəzarətinin vahid tətbiqinin gücləndirilməsi, icazələrin verilməsi proseslərinin uyğunlaşdırılması, müntəzəm məlumat və qabaqcıl təcrübə mübadiləsinin artırılması qərara alınıb. Tərəflər şirkətlər üçün sanksiyalardan yayınmanın aşkar edilməsi ilə bağlı vahid təlimat hazırlamaq barədə razılığa gəliblər”, – Finlandiya Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Aİ ölkələri Rusiyaya qarşı məhdudiyyətlərdən yayınma cəhdləri ilə mübarizə aparmağa borcludur və sanksiyaların tətbiqində ön sıralarda olan dövlətlər üçün bu əsas vəzifədir.

Finlandiya XİN bəyan edib ki, Avropa ixracatının əhəmiyyətli hissəsi, o cümlədən sanksiya malları Rusiya ərazisindən keçməklə üçüncü ölkələrə gedir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda banka qoyulmuş pullar necə qorunur?

Sonrakı məqalə

III və II ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək