Aİ Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyalarla bağlı razılığa gəlib- “Politico”

Avropa İttifaqı ölkələri Rusiyanın enerji sektoruna qarşı sanksiyaların sərtləşdirilməsini yekdilliklə dəstəkləyiblər.

Azpost.info xəbər verir ki, sanksiyalar neft nəqli üçün “kölgə donanmasına” zərbə vurmağı nəzərdə tutur.

Məsələ ilə tanış olan üç nəfər “Politico”ya bildirib ki, 27 Aİ ölkəsindən heç biri embarqonun artırılmasına etiraz etməyib.

“Əlbəttə, bu sanksiyalar paketi digərlərindən fərqlənir. Bu tədbirlər sanksiyalardan yan keçməyə yönəlib və fərqli təsir göstərəcək”, – avropalı diplomat nəşrə bildirib.

11-ci sanksiyalar paketinin bir hissəsi olaraq Avropa Komissiyası Aİ-yə neft tədarük edən və ya bunda şübhəli bilinən gəmilərin Avropa limanlarından buraxılmasını qadağan etməyi təklif edib. Söhbət embarqondan yayınaraq Aİ və G7-nin müəyyən etdiyi qiymət tavanını pozanlardan gedir.

Belə əməliyyatlar adətən neftin dənizdə bir tankerdən digərinə ötürülməsi yolu ilə həyata keçirilir ki, bu da onun mənşəyini gizlətməyə imkan verir.

Araşdırmalara görə, bu ilin əvvəlindən bəri İspaniyanın Şimali Afrikadakı Seuta anklavı və Yunanıstanın Kalamata şəhəri sahillərində 40 milyon bareldən çox Rusiya nefti dənizə daşınıb. Bu cür əməliyyatlar çox vaxt sahibi və ya sığortalı olduğu bilinməyən tankerləri əhatə edir.

Qiymət tavanının şərtlərinə görə, sığortanı (əksər hallarda bunu Qərb şirkətləri təmin edir) yalnız neftin bir bareli üçün 60 dollardan artıq almadığını təsdiqləyən gəmilər əldə edə bilər.

Qadağa transponderləri söndürən tankerlərə də şamil ediləcək.

Yeni tədbirlər Rusiya neftinə embarqo, Rusiya nefti və neft məhsullarına qiymət tavanının tətbiqindən sonra istifadə edilən tankerlərin “kölgə donanmasına” zərbə vurmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq

Sonrakı məqalə

Ermənistan Zod istiqamətində mövqelərimizə zərbə PUA-ları tətbiq edir –