Aİ “Şərq Tərəfdaşlığı” ölkələri XİN başçılarının videokonfransı keçirilir- FOTO

Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin videokonfransı başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Aİ Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano “Twitter”də bildirib.

Videokonfrans Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə keçirilir.

Görüş COVID-19 pandemiyasına görə videokonfrans formatında keçirilir. 

Konfransda rəsmilər 2020-ci ildən sonra “Şərq Tərəfdaşlığı” və beş uzunmüddətli siyasi məqsəd – iqtisadiyyat və əlaqəlilik, məsuliyyətli institutlar, qanunun aliliyi və təhlükəsizlik, yaşıl və rəqəmsal dəyişikliklər, ədalətli və inklüziv cəmiyyətlər barədə Avropa Komissiyasının və Aİ Şurasının təsdiqlədiyi Birgə Kommunikasiyanı müzakirə edəcəklər.  

Nazirlər həmçinin rifah və səhiyyə sahələrində, xüsusilə də ictimai səhiyyə və COVID-19 pandemiyası ilə bağlı əməkdaşlığı gücləndirməklə əlaqədar Birgə Kommunikasiyaya yeni əlavələri nəzərdən keçirəcəklər.

XİN başçıları eyni zamanda, həm səhiyyə sektorundakı ehtiyacları, həm də COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərini aradan qaldırmağı hədəfləyən Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə verdiyi dəstək ətrafında fikir mübadiləsi aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Daxili savaşın qarşısının alınmasında Heydər Əliyevin də xidməti var” –

Sonrakı məqalə

Afaq Məsudun “Azadlıq” romanı Macarıstanda nəşr olunub