Aİ Şurası Ukraynaya hərbi yardım üçün 1 milyard avro ayırdı

Avropa İttifaqı Şurası Ukraynaya döyüş sursatlarının verilməsi üçün Avropa Sülh Fondundan 1 milyard avro ayrılmasını təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Döyüş sursatlarının Ukraynaya mayın 31-dək verilməsi nəzərdə tutulur.

“Şura bu gün Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində 1 milyard avroluq yardımı təsdiqləyib”, – məlumatda deyilir.

Bununla da Avropa Sülh Fondu çərçivəsində Aİ-nin Ukraynaya ümumi tyardımı 4,6 milyard avroya çatır.

Ukraynaya döyüş sursatları üçün 1 milyard avro ayrılması ilə bağlı qərar Aİ ölkələrinin dövlət və hökumət başçılarının mart ayında keçirilən görüşündə qəbul edilib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Orta Dəhliz üzrə bütün lazımi infrastruktur layihələrini icra edib –

Sonrakı məqalə

Qoşqar Təhməzlinin qardaşı iş adamlarının pulunu vermir –