Aİ Ukrayna ilə həmsərhəd ölkələrin fermerlərinə 100 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ukrayna ilə həmsərhəd ölkələrin fermerlərinə 100 milyon avro kompensasiya ödəyəcək.

Azpost.info xəbər verir ki, “Reuters” bunu Avropa Komissiyasına istinadən yazıb.

Aİ eyni zamanda Ukrayna taxılının idxalına ümumi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Brüsseldən hələ mart ayında Ukraynadan ucuz məhsulların axını ilə bağlı kənd təsərrüfatı bazarındakı balanssızlığı tənzimləmək tələb olunub.

“Hazırda yüz milyon avro dəyərində ikinci yardım paketi hazırlayırıq. Buğda, qarğıdalı, günəbaxan kimi, bəzi taxıl növləri ilə bağlı mövcud ticarət qaydalarına dair qabaqlayıcı tədbirlər də görəcəyik”, – Komissiya rəsmisi bildirib.

Fermerlərə son yardım paketi 56,3 milyon avro olub.

Azpost.info

Əvvəlki məqalə

Blinkenin köməkçisinin müavini Bakıdadır

Sonrakı məqalə

Nümayəndələr Palatasının sədri İsrail parlamentində çıxış edəcək