Aİ və NATO Ukrayna ilə bağlı birgə bəyannamə imzalayacaq- “Politico”

Avropa İttifaqı və NATO Ukrayna ilə bağlı birgə bəyannamə imzalayacaq. Bəyannamədə Rusiyaya qoşunlarını Ukraynadan çıxarmaq üçün çağırış ediləcək, həmçinin Kiyevdəki hakimiyyətə hərtərəfli dəstək vəd olunacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

Məlumata görə, sənədin mətni bir ildən çox müddətə hazırlanıb, lakin Kipr və Türkiyə arasında gərginlik səbəbindən iş dayandırılıb.

Qəzetin mənbələrinin məlumatına görə, bəyannamə yaxın vaxtlarda təqdim olunacaq.

Diplomatlardan biri nəşrə bildirib ki, sənəddə Almaniyanın təşəbbüsü ilə Çinlə bağlı bir bölmə var.

Hazırlanması aylar alan bəyannamənin ilkin olaraq ötən iyun ayında Madriddə keçirilən NATO sammitində imzalanacağı gözlənilirdi.

Azpost.info

Əvvəlki məqalə

“Hər 4 müəllimdən biri minimal balı toplaya bilməyib” –

Sonrakı məqalə

Bakı-Quba yolunda dəhşətli qəza –