Ailədə qız doğulacağına işarə verən təyyarə yerə düşdü –Qəribə mərasim

Meksikanın Navolato şəhərində yeni doğulacaq körpənin cinsiyyətin müəyyən edilməsi ilə bağlı keçirilən mərasim zamanı təyyarə qəzaya uğrayıb.

Azpost.info bildirir ki, bu barədə Milenio portalı məlumat yayıb.

“Sinaloa ştatının Navolato şəhərində cinsiyyətin müəyyən edilməsi mərasimi zamanı kiçik təyyarə qəzaya uğrayıb. pilot ölüb”, – nəşr yazıb.

Nəşrin məlumatına görə, havaya qalxan təyyarə  oğlan və ya qız uşağının doğulacağını  göstərən işarə verməli imiş. Təyyarə ziyafətin keçirildiyi məkana yaxınlaşarkən çəhrayı tüstü buludu buraxıb. Bu, cütlüyün qız uşağı olacağını göstərir.

Amma təyyarə qəfildən düşməyə başlayıb.

Hadisə şahidləri dərhal xilasetmə xidmətinə zəng ediblər. Xilasedicilər bir neçə dəqiqədən sonra hadisə yerinə gəliblər. Təyyarənin pilotu sağ tapılsa da, sonradan həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Azpost.info

Əvvəlki məqalə

Putin və Ərdoğan bu gün görüşəcək

Sonrakı məqalə

Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib