“Avropa İttifaqı aktivlərimizi müsadirə etmək qərarına gələrsə, Rusiya kompensasiya tədbirləri görəcək”.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, Avropa ölkələrinin Rusiya iqtisadiyyatının əsas sərmayədarları olduğunu vurğulayıb və Rusiyada avropalılara yaxşı gəlir gətirən xarici aktivlərin və bizneslərinin olduğunu deyib: “Qərb ölkələrinin xarici aktivlərini, ölkəmizin ərazisində yerləşən vətəndaşların biznesini unutmaq olmaz”.
Azpost.info