Aleksey Navalnının şikayəti təmin edilməyib –9 il həbsxanada qalacaq

Moskva şəhər məhkəməsi tanınmış müxalifət lideri Aleksey Navalnının apellyasiya şikayətini təmin etməyib.

Azpost.info xəbər verir ki, Lefortovo məhkəməsinin bu ilin martında çıxardığı hökm qüvvədə qalıb.

Hökmə əsasən, dələduzluqda və məhkəməni təhqir etməkdə ittiham olunan Navalnı cəzasını ciddi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib. Həmçinin ona 1,2 milyon rubl cərimə kəsilib.

Azpost.info

Əvvəlki məqalə

Britaniya Qara dənizə hərbi gəmilər göndərəcək –

Sonrakı məqalə

Ölkədə hər ay min nəfər boşanıb –