Alla Puqaçovanın qızı və nəvəsindən İstintaq Komitəsinə şikayət olundu

Rusiyada ictimai fəallar müğənni Kristina Orbakayte və onun böyük oğlu Nikita Presnyakovun Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsini yoxlamaq xahişi ilə İstintaq Komitəsinə müraciət ediblər.

Azpost.info xəbər verir ki, müraciət müəllifləri Rusiyanın Cənub Vətənpərvər Qüvvələri Assosiasiyasının nümayəndələri olub. Onlar həmçinin Orbakaytenin Moskvada yerləşən və anası Alla Puqaçovadan miras qalan mənzildən məhrum edilməsini istəyiblər.

İctimai xadimlər İstintaq Komitəsinə şikayət ediblər ki, xüsusi əməliyyat başlayandan sonra ABŞ-da yaşayan Orbakayte Rusiyaya yalnız pul  qazanmaq üçün gəlir. Onlar müğənninin səhnədə Ukrayna bayrağının rənglərində çıxış etdiyini də qeyd ediblər. Söhbət “Rossiya 1” telekanalının efirində nümayiş olunan “Duets” şousunda İqor Nikolayevlə çıxışından gedir. Orbakayte orada sarı paltar, Nikolayev isə Ukrayna bayrağı ilə assosiasiyalar yaradan mavi gödəkçə geyinmişdi.

Müraciət müəllifləri onu da qeyd ediblər ki, səfərbərlik zamanı Orbakayte oğlunun ABŞ-da daimi yaşamaq üçün ölkədən getməsinə kömək edib. İctimai fəallar İstintaq Komitəsindən müğənninin və oğlu Presnyakovun Ukrayna ordusuna pul köçürmələrini yoxlamağı xahiş ediblər. Həmçinin müğənninin paytaxtın mərkəzindəki 105 kvadratmetr sahəsi olan mənzilinin müsadirə olunmasını xahiş ediblər.

Azpost.info

Əvvəlki məqalə

Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

Laçında şəhid olan hərbçimizlə Ağstafada vida mərasimi keçirilir