Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını bildirib.
Azpost.info xəbər verir ki, Ərdoğan yerli istehsal olan elektrik avtomobilin təqdimatı zamanı çıxış edib. Bu, aprelin 26-dan sonra onun şəxsən iştirak etdiyi ilk ictimai tədbir idi.
“Allaha şükür, xeyli yaxşıyam”, – Ərdoğan CNN Türk jurnalistinin sualına cavab verib.
Müsahibə zamanı Türkiyə prezidenti TOGG elektrik avtomobilinin ön oturacağında olub. Avtomobili Azərbaycan prezidenti İlham Əliyev idarə edib.
Azpost.info