“Alman hökuməti Rusiyaya qarşı bütün “qırmızı xətləri” keçib”- SƏFİR

“Kiyevi silahla təmin edən və “başqasının əli” ilə Ukrayna ordusundan Moskvaya qarşı müharibədə istifadə edən alman hökuməti bütün mümkün “qırmızı xətləri” keçib”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev deyib.

“Almaniya hökuməti Rusiyaya strateji məğlubiyyət yaşatmaq üçün bütün mümkün hədləri çoxdan keçib”, -səfir bildirib.

Onun sözlərinə görə, münaqişə başlayandan Ukraynaya tədarük edilən alman silahlarının çeşidi davamlı olaraq genişlənir.

Almaniya hökumətini Ukraynaya qoşun yeritməyə yaxın olub-olmaması ilə bağlı suala Neçaev belə cavab verib: “Qoşunların göndərilməsi Almaniyanın Rusiya ilə silahlı münaqişədə birbaşa iştirakına bərabər olardı. Çətin ki, alman seçicilər bunu dəstəkləsinlər. Başqasının əli ilə döyüşmək daha asandır”.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə məscisddən çıxanlara silahlı hücum olub, yaralılar var

Sonrakı məqalə

Səudiyyə rəsmiləri husilərlə sülh danışıqları üçün Yəmənə gəlib