“Almaniya hökuməti Rusiya prezidentinin son üç ildə Minskə ilk səfərindən təşviş keçirir”.
Azpost.info xəbər verir ki, bu barədə Almaniya kanslerinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
Onun sözlərinə görə, narahatlıq Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsində Belarusun rolu və bu rolun gələcəkdə mümkün transformasiyası ilə bağlıdır: “Berlin Belarusun rəsmi olaraq Ukraynaya qarşı müharibəyə girəcəyini gözləyirmi? Mən belə bir ifadə işlətmək istəməzdim. Amma Belarusun yardımı artırıla bilər ki, belə bir variant mümkündür”.
Hebeştrayt xatırladıb ki, indiyə qədər Belarus bu məsələdə Rusiyaya yardım edib. Rusiya hərbçilərinə qoşunların yerləşdirilməsi üçün öz ərazisini və döyüş təyyarələrinə hava məkanını təmin edib.
Azpost.info