Almaniya kansleri Olaf Şolts İraq Baş naziri Məhəmməd əl-Sudanini Berlinə səfərə dəvət edib.
Azpost.info xəbər verir ki, bu barədə İraq hökumətindən bildirilib.
Kanslerin Almaniyanın İraqla müxtəlif sahələrdə, ilk növbədə enerji sahəsində əməkdaşlığı genişləndirmək istədiyi deyilir.
Əl-Sudani ölkələr arasında əlaqələrin inkişafının vacibliyini vurğulayaraq, İraqın Almaniya ilə iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı inkişaf etdirmək istəyinə də işarə edib. O, alman şirkətlərini İraq iqtisadiyyatına sərmayə qoymağa çağırıb.
Azpost.info