Almaniya korporasiyası Ukraynaya 60 milyon avro sərmayə qoyur

Almaniyanın kimya-əczaçılıq korporasiyası “Bayer AG” Ukraynaya 60 milyon avro sərmayə qoyur.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri Robert Habek bildirib.

Bundan başqa, Almaniyanın “Fixit” şirkəti Ukraynada tikinti materialları istehsalı gücünü iki dəfə artırmaq qərarı verib.

Habek qeyd edib ki, bu addımlar Ukraynanın müharibədən sonra yenidən qurulması – yolların, binaların və körpülərin təmiri üçün lazımdır.

Zavodlar raket zərbəsi nəticəsində məhv olarsa, Almaniya hökuməti alman şirkətlərinə investisiya zəmanəti verəcək. “Normalda biz bunu etmirik, lakin bu halda edəcəyik”, – Habek deyib.

Vitse-kanslerin fikrincə, ölkəyə zəruri investisiyaların cəlb edilməsi üçün üç amil üst-üstə düşməlidir. Ukrayna yaxşı investisiya şəraiti yaratmalı, dövlət sektorundan təminatlar verilməli və özəl kapital Ukraynaya gəlmək istəməlidir:

“Rusiyaya çoxlu sərmayə qoyduq və bazar itirildi. İndi biz başqa bazarlar axtara bilərik. Niyə də Ukrayna olmasın?”.

Azpost.info

Əvvəlki məqalə

Messi maaşa görə “PSJ” klubunu tərk edə bilər

Sonrakı məqalə

“İran Naxçıvana yaxın yerlərə qoşun yığıb, döyüşməyə hazırıq” –