Almaniya Bundestaqı Ukraynaya ağır alman silahların tədarükü təşəbbüsünü böyük səs çoxluğu ilə təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qanun layihəsində deyilir: “Rusiyanın beynəlxalq bazarlardan geniş iqtisadi təcridi və blokadası ilə yanaşı, hərbi əməliyyatları dayandırmağın ən mühüm və effektiv vasitəsi effektiv silahların, mürəkkəb sistemlərin, o cümlədən ağır silahların tədarükünü intensivləşdirmək, sürətləndirməkdir”.
Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçkinin sözlərinə görə, qanun layihəsi həm Almaniyanın hakim koalisiyasının üç partiyası, həm də müxalif mühafizəkarlar tərəfindən dəstəklənib. Sənəd 586 lehinə, 100 əleyhinə, 7 deputat bitərəf olmaqla qəbul edilib.
Azpost.info