Almaniya rus diplomatlarını kütləvi şəkildə ölkədən qovur– Rusiya XİN bəyanat yaydı

Almaniya hakimiyyəti rus diplomatlarının ölkədən kütləvi şəkildə çıxarılması barədə qərar qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN qeyd edib ki, Berlin Rusiya-Almaniya münasibətlərinin bütün massivini məhv etmək siyasəti yürütməyə başlayıb: “Almaniya hakimiyyəti Rusiyanın Berlindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının növbəti kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib. Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Almaniya münasibətlərinin bütün spektrini, o cümlədən diplomatik ölçüsünü qətiyyətlə məhv etməyə davam edən Berlinin bu hərəkətlərini qətiyyətlə pisləyir”.

XİN bəyan edib ki, diplomatların qovulmasına cavab verəcəklər və bu barədə Almaniya səfiri Geza Andreas fon Geyr artıq məlumatlandırılıb.

Azpost.info

Əvvəlki məqalə

Yunanıstan Baş naziri prezidenti parlamenti buraxmağa çağırıb

Sonrakı məqalə

“Qarabağ”ın futbolçusunun məşqdə ürəyi dayanıb, təcili xəstəxanaya çatdırılıb