Almaniya Rusiyanı enerjidən silah kimi istifadə etməkdə günahlandırıb

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Rusiya hökumətini enerjidən silah kimi istifadə etməkdə ittiham edib.

APA xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Demək lazımdır ki, indi vəziyyət elə bir həddə çatıb ki, enerjinin silah kimi istifadəsi həyata keçirilir”, – Habek deyib.

İqtisadiyyat naziri deyib ki, Almaniya qışa hazırlıq üçün qaz ehtiyatlarının yaradılmasına diqqət yetirir.

“Qaz anbarları qışa qədər dolmalıdır, əks halda asanlıqla şantaj oluna biləcəyimiz bir vəziyyətə düşəcəyik”, – o vurğulayıb.

Əvvəlki məqalə

Lavrov: “Moskva Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında maraqlıdır”

Sonrakı məqalə