“Almaniya tezliklə Avropada ən böyük orduya sahib olacaq”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Almaniya tezliklə NATO daxilində Avropanın ən böyük ordusuna sahib olacaq. Bu təşəbbüs Almaniyanın və müdafiə blokunda müttəfiqlərinin təhlükəsizliyini gücləndirəcək”, – Şolts bildirib.
Kanslerin sözlərinə görə, Berlin Kiyevə silah-sursatla təminatda fəal kömək edib və yaxın gələcəkdə bu təcrübəni davam etdirməyi planlaşdırır. Şolts onu da qeyd edib ki, Kiyevin genişmiqyaslı hərbi dəstəyi Almaniyada istismara yararlı hərbi texnika ehtiyatlarının artıq tükənməsinə gətirib çıxarıb və bu, Avropanın təhlükəsizliyini təhlükə altına qoyur.