“Almaniyanın Ukraynaya dəstəyi 14 milyard avronu keçib”- ŞOLTS

“Almaniyanın Ukraynaya dəstəyi 14 milyard avronu keçib”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Kanslerin sözlərinə görə, Almaniya Ukraynaya hərbi və humanitar dəstək verir, həmçinin Rusiya ilə NATO arasında münaqişənin genişlənməməsi üçün mümkün olan hər şeyi edir.

“Başa düşürəm ki, bəziləri bundan narahatdırlar, qərarlarımızı şübhə altına alırlar. Ona görə də bütün işlərimizi tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada həyata keçiririk”, – Şolts deyib.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı indiyə qədər Ukraynaya 67 milyard dollar hərbi yardım edib

Sonrakı məqalə

Polşa Baş naziri Kiyevə gəlib