Qazaxıstanın Almatı şəhərindən KTMT hərbi kontingentinin çıxarılması başlanıb.
Azpost.info bildirir ki, bu barədə “Xabar24” telekanalı məlumat yayıb. KTMT-nin müvəqqəti qərargahı Almatı Hərbi institutunun ərazisində yerləşirdi.
Qeyd edək ki, Qazaxıstanda başlanmış kütləvi etiraz aksiyaları ilə bağlı Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikstanın hərbi qüvvələrindən ibarət qruplaşma ölkədə strateji obyektlərin mühafizəsini həyata keçirib.