Ankarada Alparslan Türkeşin doğum günü tədbirində dava düşüb –VİDEO

Ankarada MHP-nin qurucusu və lideri olmuş Alparslan Türkeşin doğum günü tədbiri qalmaqalla nəticələnib.  Alparslan Türkeş Vəqfi tərəfindən Türkeşin 104-cü doğum günü ilə bağlı keçirilən tədbirdə dava düşüb. 

Azpost.info bildirir ki, ülkü ocaqkarı üzvləri olduğu iddia olunan bir qrup zorla tədbirin keçirilidiyi məkana daxil olub və tədbiri pozub. Bundan sonra toplantıda iştirak edənlərlə hucumçular arasında əlbəyaxa dava başlanıb.

Polisin müdaxiləsi ilə hucumçular salondan çıxarılıb. Hadisənin səbəbi araşdırılır.

Qalmqalın MHP Ankara Başkanı Turqay Baştuğun təşkil etdiyi iddia olunur. O, ötən gün bu tədbirlə bağlı açıqlama verərək “Türkeşə, liderimiz Bahçeliyə xəyanət edənlərin Başbuğumuzu anmasını qəbul etməyəcəyik” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan, İran və Türkmənistan arasında qaz müqaviləsi imzalandı

Sonrakı məqalə

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb