Amerikalıların təxminən yarısı (49 faiz) ABŞ prezidenti üçün ən yaxşı yaşın 50 olduğunu bildirib. Respondentlərin təxminən dörddə biri (24 faiz) 60-ı dövlət başçısı üçün optimal yaş hesab edib.
Azpost.info xəbər verir ki, bu nəticələri “Pew” Araşdırma Mərkəzinin keçirdiyi sorğu ortaya qoyub.
Sorğuda ABŞ-ın 5 mindən çox sakini iştirak edib. Respondentlərin yalnız 3 faizi ABŞ prezidentinin yaşının 70 və daha çox ola biləcəyini deyib. Amerikalıların daha 17 faizi hesab edir ki, prezident üçün ən yaxşı yaş 40-dır.
Respublikaçılar demokratlara nisbətən 60 yaşlı və daha yaşlı prezidentlərə üstünlük verirlər. Gənclər isə 30-40 yaşlarında prezidentlərə daha çox dəstək verirlər.
ABŞ-ın hazırkı prezidenti Co Baydenin 80 yaşı var. O daha bir müddət də bu vəzifədə qalmaq niyyətindədir və 2024-cü ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb. Baydenin əsas rəqibi 77 yaşlı keçmiş prezident Donald Trampdır.
Azpost.info