“Daha yaxşı variantlar var”- Keçmiş vitse-prezident Trampı dəstəkləməkdən imtina etdi

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens eks-prezident Donald Trampı dəstəkləməkdən imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Pens bildirib ki, amerikalıların Trampdan daha yaxşı variantları var.

“Düşünürəm ki, Birləşmiş Ştatlar Amerika xalqının xeyrinə işləyən siyasətə qayıtmağı gözləyir. İnanıram ki, yeni liderlərin bizi ən yüksək ideallarımız ətrafında birləşdirməsinin vaxtı çatıb”, – Pens qeyd edib.

Pensdən özünün yeni lider olub-olmayacağı soruşulduqda, keçmiş vitse-prezident “sizi xəbərdar edəcəm” deyə cavab verib.

Azpost.info

Əvvəlki məqalə

Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

“Rusiya və ABŞ Polşada toqquşmadan qaça bildilər”