Amnistiya Aktı 15 min məhbusu əhatə edəcək

02 Noyabr 2021 - 17:55

Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək.

Bunu parlamentin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün komitədə “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı deyib.

Qeyd edilib ki, Amnistiya Aktı nəticəsində bir çox şəxs azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.(APA)