Rusiya Ukraynada nə qədər hərbi texnika itirib?- RƏQƏMLƏR

“Ukraynada müharibə başlayandan bəri Rusiya ən azı 1500 tankını itirib”.

Azpost.info xəbər verir ki, bunu fotoşəkillər və videolar vasitəsilə tərəflərin hərbi itkiləri haqqında məlumat toplayan “Oryx” analitik layihəsi hesablanıb.

“Oryx” yazır ki, 859 tank məhv edilib, 64-ü zədələnib, 56-sı tərk edilib, 521 tank isə Ukrayna qüvvələri tərəfindən ələ keçirilib.

Ümumilikdə, müharibənin əvvəlindən bəri Rusiya ən azı 8023 hərbi texnika itirib: 4914-ü məhv edilib, 198-i zədələnib, 300-ü tərk edilib, 2611-i Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilib.

“Oryx” bu müddət ərzində Ukraynanın itkilərinin 2287 hərbi texnika (1371-i məhv edilib, 94-ü zədələnib, 60-ı tərk edilib, 761 ələ keçirilib) olduğunu qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Siyasi partiyalar ictimai-siyasi nəşrlərin hazırlanması və satışı ilə məşğul ola biləcək

Sonrakı məqalə

MEDİA-nın jurnalistlər üçün keçirilən təlimləri yekunlaşıb