Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 7-də Ukrayna lideri Vladimir Zelenski ilə İstanbulda görüşəcəyini təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.
Məlumata görə, iki liderin görüşündən sonra mətbuat konfransının keçirilməsi gözlənilir.
“İyulun 7-də prezident Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü gözlənilir. Görüşdən sonra mətbuat konfransı keçirilə bilər”, – ofisdən bildirilib.
Azpost.info