“Ankara 2023-ün iyununa qədər İsveçin NATO-ya üzlük istəyini təsdiqləməyəcək”- “Bloomberg”

“Ankara çox güman ki, 2022-ci ilin sonuna və hətta 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək seçkilərə qədər Stokholmun NATO-ya daxil olmaq istəyini təsdiqləməyəcək”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Türkiyə rəsmiləri arasında olan mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, İsveç Türkiyə hakimiyyətinin tələblərini yerinə yetirmək üçün kifayət qədər iş görmür.

“Türkiyə parlamentinin gələn il üçün gündəliyi artıq doludur. Bunu anonimlik şərti ilə hakimiyyət nümayəndələri bildiriblər”, – məqalədə bildirilir.

“Bloomberg” mənbələrə istinadən onu da qeyd edir ki, NATO Baş katibi Yens Stoltenberqin Ankaraya planlaşdırılan səfəri fonunda Türkiyə İsveçin konstruktiv addımlarına ümid edir.

Nəşr eyni zamanda vurğulayır ki, Türkiyə NATO-ya üzv olmaq istəyən Finlandiyanın onunla əməkdaşlığından məmnundur. Lakin türk parlamentarilər Helsinkinin müraciətinə yalnız İsveçin müraciəti ilə birlikdə səs verəcəklər.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirmişdi ki, Finlandiya və İsveç hələlik bir nəfər də olsun terrorçunu onlara təhvil verməyib. Ankara terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasında israr etməkdə davam edir.

Azpost.info

Əvvəlki məqalə

DTX-nın saxladığı Elnur Əliyev vəzifəsindən azad edildi –

Sonrakı məqalə

Zakir Həsənov cənub sərhədlərində keçirilən hərbi təlimləri izlədi –