“Ankarada keçirilən Rusiya-ABŞ danışıqları gərginliyin qarşısını aldı”- ƏRDOĞAN

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns arasında təmaslar gərginliyin qarşısını alıb”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, iki kəşfiyyat xidmətinin rəhbərləri arasında əlaqələr nəzarətsiz eskalasiyanın qarşısının alınmasında əsas rol oynayıb.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndələri bir neçə gün əvvəl Ankarada görüşüblər. Görüşdə tərəflər nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər.

Telefon söhbəti zamanı Ərdoğan Rusiya prezidentinə “taxıl təşəbbüsü”nün 120 gün uzadılması məsələsində konstruktiv mövqeyinə görə təşəkkür edib. Türkiyə lideri bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin uzadılması riskləri artırır və buna görə də diplomatik danışıqların bərpası vacibdir.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıram”

Sonrakı məqalə

“ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır”